Qardaş dövlətin məşhur kino və serial aktrisası Beren Saat yaxın saatlarda şəxsi "Instagram" səhifəsində etdiyi foto paylaşımla gündəmi alt-üst edib. SİA-nın verdiyi məlumata əsasən məşhur aktrisa bu foto paylaşımla vəfat edən sevgilisini yad edib.

Qeyd edək ki, aktrisa 17 il əvvəl bu gün sevdiyi insanı maşın qəzasında itirib. Onun ildönümü münasibəti ilə fotonu paylaşan aktrisa fotonun altına "Mənim qəhrəmanım" sözlərini də əlavə edib. Bu paylaşımla əlaqədar aktrisanın həyat yoldaşı pop ulduz Kənan Doğulu isə bu vəziyyəti sakit qarşıladığı üçün tənqid atəşinə tutulub.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə