Son zamanların çox gündəmdə olan televiziya fenomeni və bir çox reytinqli televiziya layihələrinin rəhbəri kimi tanınan Acun Ilıcalı bir neçə saat əvvəl sosial şəbəkədə daha bir foto paylaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Acun valideynlərinin şəklini sosial şəbəkədə paylaşaraq bir çox qaranlıq məqamlara aydınlıq gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Acun Ilıcalı analar günü münasibəti ilə "Bitməyəcək özləmim, hər gün daha da artır. Sənə və atama layiq olmağa çalışıram. Bütün anaların analar gününü təbrik edirəm" deyərək valideynlərinin fotosunu paylaşıb və bütün sevənlərinə kövrək anlar yaşatmışdı.

Qeyd edək ki, gündəmə səs salan paylaşımda maraqlı fakt üzə çıxıb. Sən demə, Acunun özü qədər çox tanınan qızı Melisa anası Şeyma Subaşıya yox, nənəsinə (Acunun anasına) çox bənzəyirmiş. Hətta eynisidir desək daha doğru olar.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə