Cenifer Lopez bu dəfə də sevənlərinə sürpriz edib. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, CeyLo səhnəni anası ilə bölüşüb. “Global Citizen VAX Live”in təqdimatı ilə keçirilən konsertdə dünya ulduzu yenə geyimi, səhnə rəqsləri və ifası ilə sevənlərini heyran edib. Səhnədə "Sweet Caroline" deyən Ceniferə anası da qoşulub. O, isə mahnının sözlərini dəyişərək qızına analar günü hədiyyəsi edib. Müğənni mikrofonu anasına təqdim edəndə o tamaşaçılara “gəlin mahnının sözlərini dəyişərək "Sweet Cenifer" deyə ifa edək” deyib. Ulduz bu sürprizi sevinclə qarşılayaraq anası ilə birgə səhnədə mahnını yenidən ifa edib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə