Müğənni 9 may tarixini təntənəli qeyd etdi FOTOLAR

Müğənni və bəstəkar Tunar Rəhmanoğlu 9 may 2021-ci il tarixini xüsusi təmtəraqla qeyd edib. SİA-nın verdiyi məlumata görə, bu tarix müğənninin oğlu Ali Rahmanın ad gününə təsadüf edir. Tunar Rəhmanoğlu şəxsi "İnstagram" hesabından maraqlı şəkillər paylaşaraq sevincini həmkarları və sevənləri ilə bölüşüb. O, "ən gözəl günlərini görməyi Allah qismət etsin bizlərə, Amin! Ad günün mübarək mənim bir dənə oğlum" təbrikini də şəkillər altına qeyd edib. Təbrikə sənət dostları və heyranları da qoşulub. Yüzlərlə təbrik mesajı ilə yanaşı şirin Ali Rahmanın maraqlı şəkilləri də 3000-dən çox bəyəni toplayıb.

Biz də, SİA adına şirin balanı 2 yaşı münasibəti ilə təbrik edir, sağlam can və uğurlu həyat arzulayırq.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə