Röyanın "Qəribə dünya”sı FOTOLAR

Yaxın saatlarda məşhur ulduz Röya öz heyranlarını növbəti layihəsi ilə sevindirib. SİA-nın verdiyi məlumata görə, artıq 5 ilə yaxındır ki, hazırlanan mahnı dünən təqdim olunub. Röya Ayxan "Zaurla Günaydın" səhər televiziya proqramında həm mahnını səsləndirib, həm də klipi təqdim edib. Maraqlı rəqs şousu ilə və bir-birindən çox sevilən mahnılarını ifa edərək, səhər proqramına rəng qatıb.

Qeyd edək ki, klip sərt qapanmalar zamanı Bakı küçələrində çəkilib.Təxminən bir il əvvəl Röya fotosessiyası ilə və "Qəribə Dünya" mahnısının klip çəkilişləri ilə yenə hərkəsin böyük marağına səbəb ola bilib. Röya fərqli geyim tərzi (qara bikini), uzun saçları ilə yeni tərzdə sevənlərini heyran edib. Bu yeni tərz artıq xarici mediada da öz sözünü demiş Anar Ağakişiyevə məxsusdur.

Klip arxa fon mənzərəsi (Bakı küçələri və bayraq görüntüsü), sərt kadr dəyişmələri və tempi ilə çox böyük maraq yaradır. Xatırladaq ki, mahnının musiqisi və sözləri Muxtar Abseynova məxsusdur. Layihənin rejissoru Əli Fərhad, prodüseri isə Vüsal Rzazadədir.

Məşhur ulduz Röya Ayxan yeni klipində sözün əsl mənasında bizi "Qəribə dünya"sına səyahətə çıxarır. Ugurların bol olsun, məşhur ulduz...

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə