Cenifer Lopezin "Analar günü" hədiyyəsi FOTOLAR

Amerikalı aktrisa, müğənni, modelyer, rəqqasə, film istehsalçısı və xeyriyyəçi Cenifer Lynn Lopez son lahiyəsi ilə yenə də pərəstişkarlarını çox sevindirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1986-cı ildə oynadığı "My Little Girl" filmi ilə ulduzluq həyatına atılan Cenifer Lopez daim yeni lahiyələri, ifası, geyim tərzi və şəxsi həyatı ilə gündəmdədir.

Dünya ulduzu bu dəfə də "Analar günün mübarək" foto-lahiyəsi ilə gündəmi alt-üst edib. Məşhur ulduz şəxsi "İnstagram" hesabından paylaşdığı fotolarla anası və qızı ilə əyləncəli, yaddaqalan anlar yaşayıb. Bu səmimi fotolarla o həm də gözəl ana və övlad olduğunu bir daha sübut edib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə