Oksana Rəsulovanın yeni imici FOTOSESSİYA

Gözəl rəqqasə, aktrisa Oksana Rəsulova yenilikləri ilə sevənlərinə sürprizlərə davam edir. Onun yeni foto-lahiyəsi cazibədarlığı və fərqliliyi ilə seçilir. SİA-nın verdiyi məlumata görə Oksana Rəsulova peşəkar kollektiv tərəfindən zövqlə hazırlanmış bu foto layihəni şəxsi "Instagram" səhifəsində paylaşaraq pərəstişkarlarını sevindirib. Fotosessiya "Four Seasons Hotel Baku"da gerçəkləşib. Oksana xanımın tərzi fashion designer və personal stylist Həsənova Qismət (Gisi), saç və makyajı isə makeup və hairstylist Nura Babayevaya məxsusdur.

Qeyd edək ki, layihənin fotoqrafı isə 8 mart Beynəlxalq Qadınlar günündə hazırladığı "Anamın qızıyam" foto-proyekti ilə Mələkxanım Eyyubova, Roza Zərgərli, Vəfa Zeynallı, Nigar İbrahimova, Sanura Cəfərova kimi sevilən məşhurların gözəl fotoları və bir çox fərqli və zövqlü lahiyələri ilə uğurlara imza atmış fotoqraf Nihad Abbasovdur.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə