Erməni müğənninin “qızı” indi “bəy” olur- FOTOSESSİYA

Erməni müğənninin “qızı” indi “bəy” olur- FOTOSESSİYA

Əslən erməni olan müğənni Şer Sarksyanın keçmiş qızı, indiki oğlu subaylığın daşını atır. SİA erməni mətbuatına istinadən xəbər verir ki, müğənninin Çestiti Bono adlı qızı cinsi əməliyyat keçirdikdən sonra Cez Bono olub. İndi isə o öz rəfiqəsi Cenifer Elia ilə ailə həyatı qurur.

Şerin gənc oğlu ABŞ-da Pirs Morqanın aparıcı olduğu şounun qonağı olan zaman bəyan edib ki, bu il ərzində mütləq ailə həyatı quracaq: "Biz Ceniferlə iki ildir nişanlıyıq. Toy mərasimini cinsi əməliyyat ucbatından saxlamalı olduq. İndi özümü çox yaxşı hiss edirəm. Artıq toy hazırlıqlarına başlaya bilərəm".

Cez nişanlısı ilə hələ qadın olan zaman tanış olub. Sevgilisi Cezin cinsi əməliyyat keçirəcəyini eşidib, şoka düşüb. Ancaq əməliyyadan sonra Cezin özünə daha əmin olduğunu görüb, onunla münasibətlərini daha da möhkəmlədib.

Bir məqamı nəzərinizə çatdıraq ki, erməni mətbuatı özünə gərəkli olan anlarda müğənni Şerin əslən erməni olduğunu yazır. Ancaq ifaçının haqqında mənfi yazılar dərc olunanda onun Sarksyan soyadına sahib olmasını qeyd etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə