10 yaşlı həmyerlimiz vətəninə “Qran-Pri” ilə dönüb-FOTO

10 yaşlı həmyerlimiz vətəninə “Qran-Pri” ilə dönüb-FOTO
10 yaşlı Azərbaycanın gənc, amma çox istedadlı müğənnisi Yasin səsi ilə qazandığı uğuru vətəninə gətirib. SİA-ya danışan Yasinin sözlərinə görə, o, beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edib. Müsabiqə 16-22 may Ruminyanın Onesti şəhərində keçirilib. 16-cı "TIAMO" adlı beynəlxalq pop estrada mahnı müsabiqəsindən Yasin uğurla dönərək "Qran-Pri" mükafatı gətirib. Yarışmada 3-cü pillədə qərarlaşan Yasin 3 diploma və kuboka layiq gürülüb. Münsiflər ona 500 bal veriblər.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyinin təşəbbüsü ilə müsabiqəyə qatılan Yasin bundan əvvəl də vətəninə iki Qran-Pri mükafatı qazandırıb. O, mükafatını Belarusiyada "Zemlya pod belımı krılyami" və Sankt-Peterburqda isə "Prazdnik detstva" adlı mahnı müsabiqəsində iştirakına görə alıb.

15 münsifin iştirak etdiyi müsabiqədə Azərbaycandan yalnız Yasin qatılıb. Tamaşaçılar Yasinin ifa etdiyi \"Mən centilmenəm\" adlı mahnısını ayaq üstə alqışlayıblar.

Xatırladaq ki, mahnının musiqisi Vüsalə Hikmətə sözləri isə Qalibə Ceferovaya məxsusdur.

Müsabiqədə Azerbaycanla yanaşı İtalya, Rumıniya, Türkiyə, Ukrayna, Rusiya, Bolqariya, Almaniya, Malta, Belarusiya da iştirak edib.

Məlumat üçün bildirək ki, Yasin bundan sonra da bir çox beynəlxalq müsabiqələrdə iştirak etməyi planlaşdırır. O, hazıda "Slavyanski bazaar" beynəlxalq müsabiqəyə ciddi şəkildə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə