Nura Suri afrikalı həmkarı ilə duet oxudu VİDEO

Müğənni Nura Suri “Onsuz” adlı yeni klipini təqdim edib. SİA-nın məlumatına görə, sənətçi mahnını afrikalı ifaçı İdd Azizlə duet şəklində səsləndirib. Bəstənin sözləri və musiqisi Buzza aiddir. Klipi 21 yaşlı gənc fotoqraf Lamonkeeey ekranlaşdırıb. Ekran işində sənətçinin oğlu David və dostları yer alıblar.

Nura bildirib ki, çəkilişlər bir gün davam edib: "Sadə bir kamera ilə, heç bir işıq qurulmadan ərsəyə gətirdik. Klipimizdə heyvanlara, təbiətə, dostlara sevgini aşılamağa çalışdıq. Bu 1 il 2 ay ərzində 3 yeni mahnı yazdırdım, 3 klip çəkdirdim və fotosessiyalar etdim. Bilirsiniz ki, bu müddət ərzində pandemiyadan ən çox zərər çəkən musiqiçilər oldu. Amma bir çox sənətçi yeni mahnılar və kliplər təqdim edə bildi. O cümlədən də mən".

Bütün xəbərlər Facebook səhifəmizdə