Aparıcı Kamran Həsənli ailəsi ilə birgə koronavirusa yoluxub AÇIQLAMA

Aparıcı Kamran Həsənli və ailəsi ilə birgə koronavirus infeksiyasına yoluxub. SİA-ya bu barədə aparıcının özü açıqlama verib: “Ailəmlə birgə COVID-19 yoluxmuşam. Ailədə 3 nəfərik. Mən, həyat yoldaşım və oğlum. Xəstəxanada müalicə alırıq. Hazırda həkimlər tərəfindən bizə sistem qoşulub. Az öncə temperaturumuz da var idi. İndi bir az yaxşıyıq.

Artıq koronavirus xəstəliyinin onuncu günündəyik”.

Qeyd edək ki, aparıcı Kamran Həsənli ailə üzvləri ilə birlikdə "Yeni Klinika"ya yerləşdirilib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə