Dünyanı bürüyən COVID-19 xəstəliyi Azərbaycandan da yan keçmədi. Koronavirus infeksiyası adi insanlarla yanaşı məşhur simaların da əcəli oldu.
SİA-ya COVID-19-dan dünyasını dəyişən tanınmışları təqdim edir:
Xalq artisti Teymur Mustafayev (Teymur əmi) ötən ilin iyun ayında koronavirus infeksiyasından dünyasını dəyişib.

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) qaraciyər problemi ilə xəstəxanaya yerləşdirilsə də COVID-19-un qurbanı olub. Gitara ifaçısı aprelin 4-də xəstəxanada dünyasını dəyişib.

Xalq artisti Sabir Əliyev 72 yaşında koronavirusdan vəfat edib. Uzun müddət xəstəxanada müalicə olunmasına baxmayaraq, həkimlər onu xilas edə bilməyiblər.

Əməkdar artist Baloğlan Əşrəfov koronavirus xəstəliyinə görə dünyasını dəyişib. Müğənni vəziyyəti ağır olsa da, xəstəxanaya getməkdən qorxub. Evində müalicə alan sənətçinin səhhəti getdikcə ağırlaşıb və onu xilas etmək mümkün olmayıb.

Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev 73 yaşında koronavirus infeksiyasına yoluxub və sözügedən xəstəliyin qurbanı olub. Tarzən xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Daha sonra məlum olub ki, mərhumun özündən əvvəl qızı, həyat yoldaşı da COVID-19 imiş. Bir müddət sonra isə S.Mustafayevin ikinci qızı və qudası da koronavirusdan dünyasını dəyişib.

Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu koronavirusa yoluxub və vəfat edib.

Qarmon ifaçısı Nəbi Məmmədov aprelin 14-də koronavirusdan vəfat edib.

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında vəfat edib. Yaxınları onun koronavirus infeksiyasından dünyasını dəyişdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB