Ötən gün avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun məzarını məşhurlar ziyarət edib. SİA-nın məlumatına görə, həmin tanınmışlar arasında rəqqasə Fatimə Fətəliyeva və meyxanaçı Samirə Yusifqızı olub.
Fatimə sosial şəbəkədə Gəncədə dəfn olunan mərhumun məzarından görüntülər yayımlayaraq bu sözləri qeyd edib: "Aslan, özünə niyə axı tez buranı seçdin? Dəyərli dostum, sənin yoxluğun bizi məhv elədi. Gülərüz Aslanım, son mənzilə yola salınmaq üçün bu qədər tələsməməli idin. Anan səni o qədər çox sevdi ki, tezliklə də o biri dünyada qovuşdunuz. İllərimin sadiq insanı, Allah ananla günahlarınızı bağışlasın".
Nəzərinizə çatdıraq ki, Aslan Hüseynovun anası 8 gün bundan öncə vəfat etmişdi. İfaçı Gəncədə anasının yanında dəfn olunub.
Qeyd edək ki, hadisə ötən gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb. Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü A.Hüseynov vəfat edib. Hadisə ilə bağlı cinayət işi açılıb.
https://www.instagram.com/tv/COe5xvfAcr-/?utm_source=ig_web_copy_link
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB