Hacı Nuran: "Koronavirusa yoluxan Elmira Rəhimova hələ müalicə almalıdır"

Hacı Nuran: "Koronavirusa yoluxan Elmira Rəhimova hələ müalicə almalıdır"

Xalq artisti Elmira Rəhimova koronavirus infeksiyasına yoluxub. SİA-nın məlumatına görə, bu haqda aparıcı Hacı Nuran xəbər verib: "Neçə müddətdir ki, mənə anam qədər doğma olan, əvəzolunmaz mahnıların ifaçısı, Xalq artisti Elmira Rəhimova koronavirusa yoluxub. O, mənə əziz olan bir insandır. Bunu bilməyən çox az adam tapılar. Yeniyetməliyimin, gəncliyimin ən gözəl xatirələri onunla bağlıdır. Özümü bu gözəl sənətkarı tanıdığım üçün həmişə xoşbəxt sanmışam. Onunla dostam. Bu günlərdə mənə ehtiyacı olduğunu bilirəm. Amma nə edək ki, çox zaman nələrisə həyata keçirmək qüdrətində olmuruq. Düzdür, hər dəfə məni yola salanda kövrəlir. "Oğul, özündən muğayat ol" deyirdi. Məndən bunu istəsə də, təəssüf ki, özünü qoruya bilmədi.

Hazırda xəstəxanaya yerləşdirilən sənətkar müəyyən vaxtadək müalicə almalıdır. İkinci anam, Allah səni qorusun".

Qeyd edək ki, 79 yaşlı sənətçi FHN-nin “Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə