Aslan Hüseynov dəfn olundu FOTOLAR

Aslan Hüseynov dəfn olundu FOTOLAR

Bu gün Bakı-Qazax avtomobil yolunda qəzaya düşərək dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncə şəhərində dəfn olunub. SİA-nın məlumatına görə, mərhum torpağa tapşırılıb. Dəfndə pandemiya səbəbindən Aslan Hüseynovun yalnız yaxınları iştirak ediblər.

Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax yolunun 60-cı km-də qeydə alınıb. Belə ki, müğənni A.Hüseynova məxsus BMW markalı avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü A.Hüseynov vəfat edib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə