"Qəzaya səbəb Aslanın sükan arxasında yatması olub"

"Qəzaya səbəb Aslanın sükan arxasında yatması olub"

Mərhum müğənni Aslan Hüseynovun Sevinc adlı qohumu verilişlərin birinə canlı bağlanıb. SİA-nın məlumatına görə, qohumu ifaçının qəza zamanı sükan arxasında tək olduğunu bildirib: "Aslanın anasının üç mərasimi Bakıda oldu. Dedi ki, yeddi mərasimi üçün Gəncəyə gedəcəm. Ehsan paylayıb. Səhərə yaxın Bakıya qayıdırmış. Maşında tək olub. Aslan sükan arxasında yatıb. Qəzada adı keçən Məhəmməd Vəliyev avtomobilin sahibidir, amma orada olmayıb. Aslan maşını ondan alıb.

Deyirlər ki, Təcili Tibbi Yardım maşınında xəstəxanaya çatana kimi dünyasını dəyişib. Biz xəbəri eşidəndə hər yerə zəng etdik, heç yerdə adı qeydiyyatda yox idi. Günorta saatlarında öyrənə bildik ki, avtomobildəki Aslan olub".

Qeyd edək ki, 55 yaşlı müğənni bu gün avtomobil qəzasında vəfat edib. O, Gəncədə anasının yanında dəfn olunacaq. Sənətçinin iki övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə