Nadir Qafarzadə: "Aslan, ananla cənnətdə görüşmək qismətin olsun"
Müğənni Nadir Qafarzadə həmkarı Aslan Hüseynovun ağır yol qəzasında dünyasını dəyişməsi xəbərinə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı sənət dostunun ölümünə görə çox kədərləndiyini söyləyib: "Nə bilim vallah. Yəni, sözüm bitib, heç nə yaza bilmirəm. Allah, özün bilən məsləhətdir. Dünyanın ədalətinə bax, bir həftənin içində ana və oğul. Aslan, ananla cənnətdə görüşmək qismətin olsun. Amin".
Qeyd edək ki, müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol qəzası Bakı-Qazax yolunun 60-cı km-də baş verib. Bu gün səhər saatlarında BMW markalı, 99 HS 789 nömrə nişanlı avtomobil hərəkətdə olarkən “KamAZ” markalı avtomobilə çırpılıb. İfaçı hadisə yerində vəfat edib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB