Məleykə Əsədova: "Pislikdən, paxıllıqdan, dedi-qodudan uzaq olsaq..."

Xalq artisti Məleykə Əsədova dedi-qodu edən insanlardan bəhs edib. SİA-nın məlumatına görə, aktrisa bəzilərinə məsləhət verməkdən də çəkinməyib: "Həyat çox qısadır. Hər bir kəs Allahın ona verdiyi ömür yolu ilə məşğul olsa, bütün insanların xoş gününə sevinsə, pislikdən, paxıllıqdan, dedi-qodudan uzaq olsa, inanın həyatımız daha maraqlı olacaq. İşlərimizin irəli getdiyini görəcəyik. Gözəlliyi görmək üçün təmiz düşüncələrə malik olaq. Təki zehin düşüncələriniz saf olsun. Kimin ürəyi necə istəyirsə geyinsin. Həyatını istədiyi kimi yaşasın. Evlərimiz, maşınlarımız, ruzi-bərəkətimiz bol olsun. Ancaq sağlam ruhla yaşayaq. Əqidəli və vicdanlı olaq. Heç kimə pislik etməyək. Bu qisməti verən Allahdır. Biz kimik ki, insanların yaşayışına müdaxilə edək?! Qəlbimizdən nifrəti ataq. Allah hər kəsi mərdimazarlardan qorusun".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...