Aslan Hüseynovun ölüm xəbəri ilə bağlı DİN RƏSMİSİNDƏN AÇIQLAMA

Müğənni Aslan Hüseynovun ölümü ilə nəticələnən yol qəzası Bakı-Qazax yolunun 60-cı km-də baş verib.

Bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında BMW markalı, 99 HS 789 nömrə nişanlı avtomobil hərəkətdə olarkən “KamAZ” markalı avtomobilə çırpılıb.

Müğənni hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün bundan öncə Aslan Hüseynovun anası da vəfat etmişdi.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...