Repçinin övladı öldü
"Murda" adıyla tanınan məşhur repçi Önder Doğanın aprelin 20-də dünyaya gələn qızı vəfat edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Hardan başlayıb nə deyəcəyimi bilmirəm. Gözəl qızım, sən artıq bizim qoruyucu mələyimizsən. Səbəbini hələ bilmirəm, amma yəqin ki, Allahın sənə ehtiyacı varmış. Çox üzüldüm. Hər gün qəlbim və ruhum ağlıyır. Son nəfəsini yanımızda verdin, gedişinlə məndən bir parça götürdün. Mənim üçün səndən əvvəlki həyatım var idi, indi də səndən sonra oldu. Necə edəcəyimi bilmirəm. Həyat necə davam etsin? Səni öpdüm, amma bəs etmədi. Hər şey çox tez baş verdi. Hər zaman ürəyimdə, ağlımda olacaqsan".

Bütün xəbərlər Facebook səhifəmizdə