Gəlini: "Mətanət İsgəndərli koronavirusa yoluxub, vəziyyəti ağırdır" AÇIQLAMA

Gəlini: "Mətanət İsgəndərli koronavirusa yoluxub, vəziyyəti ağırdır" AÇIQLAMA

Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim COVID-19-a yoluxub. SİA-ya bu haqda gəlini Canan açıqlama verib: "Mətanət İsgəndərli və oğlu Kərim koronavirus infeksiyasına yoluxub. Onlar hazırda Moskvada xəstəxanada müalicə alırlar. Mətanət xanımın vəziyyəti ağırdır.

Onların hazırda bu müqəddəs Ramazan ayında duaya ehtiyacı var. Mən heç kimə pislik arzu etmirəm. Allah hər birimizin günahını bağışlasın. Allahdan istəyim budur ki, M.İsgəndərli və Kərim sağ-salamat evlərinə dönsünlər".

Bütün xəbərlər Facebook səhifəmizdə