Xalq artisti: "Sənətçilərimiz telekanallarda koronavirusa yoluxurlar" ÖZƏL-FOTOLAR

Xalq artisti: "Sənətçilərimiz telekanallarda koronavirusa yoluxurlar" ÖZƏL-FOTOLAR

Xalq artisti Gülyaz Məmmədova yaradıcılığındakı yeniliklərdən bəhs edib. SİA-ya bu haqda sənətçinin özü danışıb: “44 günlük Vətən müharibəsi zamanı dayanmadan yaradıcılığımda yenilik etdim. Belə ki, şəhidlərimizə adi mahnılar yazdırıb, klip çəkdirdim. Həmin dövrdə vətənpərvərlik mövzusunda 4 klip çəkdirdim. Hazırda şəhidlərimizlə bağlı daha 2 yeni klip lentə aldırıram.

Onu da deyim ki, 44 günlük Vətən müharibəsi zamanı şəhid olan igid oğullarımız məni çox kövrəltdi. Qələbəmizə sevinsək də, şəhidlərimiz üçün ağladıq. Amma nə edək ki, həyat davam edir”.

G.Məmmədova efirlərdə tez-tez görünməməyinin səbəbini də açıqlayıb: “Bir çox verilişlər efirlərə dəvət edirlər. Bir çoxunun dəvətini qəbul etməsəm də, digər verilişlərə bəzən gedirəm. Hər an efirdə olmağı da sevmirəm. Çünki proqramlara gedəndə çox narahat oluram. Ona görə ki, çox vaxt sənətçilərimiz telekanallarda koronavirusa yoluxurlar. Mən də xəstəlikdən qorxuram. Düzdür, ömrü Allah yazır. Amma hər insan özünü qorumalıdır”.

İfaçı Moskvaya gedən sənətçilərdən də bəhs edib: “Moskvaya çörək pulu üçün gedən müğənnilərimiz var. Hərə onlar haqqında bir söz danışır. Amma düzgün deyil. Həmin sözlər Azərbaycanın musiqi dünyasına yaraşmır. Mən pis sözlərin heç birini yerli sənətçilərimizə rəva görmürəm.

İnşaallah zamanla ölkəmizdə hər şey düzələr. Müğənnilərimiz də Azərbaycana qayıdıb, işlərini burada davam etdirərlər”.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə