Arif Quliyevin oğlu: "Atamın vəziyyəti hələ də ağırdır" AÇIQLAMA

Arif Quliyevin oğlu: "Atamın vəziyyəti hələ də ağırdır" AÇIQLAMA

Xəbər verdiyimiz, Xalq artisti Arif Quliyev koronavirus xəstəliyinə yoluxub. SİA-ya aktyorun hazırda səhhətinin necə olmasını öyrənmək üçün oğlu Rövşən Quliyevlə əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən Rövşən bu sözləri dilə gətirib: "Atamın vəziyyəti olduğu kimi qalır. Hələ də vəziyyəti ağırdır. Səhhətində heç bir dəyişiklik yoxdur.

Hazırda yalnız əlimizi açıb, Allaha dua edirik. Dua etməkdən başqa çarəmiz yoxdur".

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 faizinin zədələndiyini bildirirlər.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə