Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanovanın anası komada idi. SİA-nın məlumatına görə, ifaçının anasının səhhəti artıq yaxşılaşıb. Bu haqda sənətçinin özü xəbər verib: "Həkimlərin sayəsində anamın səhhəti yaxşılaşıb, komadan ayılıb və gözlərini açıb. 9 gün ərzində anamın səhhətində irəliləyişlər oldu. Hazırda günləri sayıram. O, gün olsun ki, anamın danışıb, gəzməyi xəbərini dostlarıma verim.
Anam xəstəxanalıq olanda anladım ki, həyat çox qəribədir. Çünki vaxt var idi ki, mən dünyaya gələndə dil açıb, addımlamağım üçün anam günləri sayırdı. İndi isə mən onun danışmağı üçün zamanın keçməsini istəyirəm. Amma yenə də Allaha şükürlər olsun ki, anam gözünü açıb, nəfəs alır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB