Azərbaycanlı məşhur cütlük barışdı: "Pis günlər geridə qaldı" VİDEO

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid Abdullayev və Nagehan Abdullayeva ayrılmışdı. SİA-nın məlumatına görə, ayrılıq xəbərlərindən sonra Fərid Rusiyaya, Nagehan isə bir müddətlik Türkiyəyə getmişdi.

Cütlük barışıb. Bu haqda Nagehan sosial media səhifəsində xəbər verib. Belə ki, o,"İnstagram" səhifəsində Fəridlə birlikdə görüntülərini yayımlayaraq əri ilə barışdığını və boşanma fikrindən daşındıqlarını bildirib:

"Bu videonu paylaşmağı nə vaxtdır gözləyirdim. Bütün pis günlər geridə qaldı. Bizim sevgimizi bilənlər bilir. Bu vaxta qədər çox çətin günlər aşdıq, bu da onlardan biri idi. Allaha çox şükür, Abdullayevlər yenidən bir aradadır".

Qeyd edək ki, Fərid və Nagehan Türkiyədə evlilik proqramında tanış olub və ailə qurublar. Cütlüyün Kumsal adlı bir qız övladı var.

Həmin videonu təqdim edirik:

https://www.instagram.com/p/COQZO2ch4B4/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə