Əməkdar artist: “Anam dünyasını dəyişdikdən sonra özümə qapandım" ÖZƏL-FOTO
Bir müddət öncə anasını itirən Əməkdar artist Firuzə İbadovadan xəbər var. SİA-ya açıqlama verən sənətçi anasının ölümündən sonra özünə qapandığını bildirib: “Anam dünyasını dəyişdikdən sonra özümə qapandım. Hazırda da Bakıda deyiləm, rayondayam. Bir az hər şeydən uzaqlaşmaq istədim”.

Sənətçi koronavirus xəstəliyindən də söz açıb: “Bildiyiniz kimi, hazırda bütün dünya COVID-19 mübarizə aparır. Ona görə qayda-qanuna əməl etməliyik. Sağlam olmağımız üçün mütləq maskadan istifadə edib, ara məsafəsini gözləməliyik.
Koronavirus xəstəliyi Əməkdar artist Baloğlan Əşrəfov kimi sənətkarımızı əlimizdən aldı. O, çox səviyyəli insan idi. Baloğlan müəllim yüksək mədəniyyətə malik biri olub. Allah ona rəhmət eləsin.
COVID-19 Xalq artisti Arif Quliyevdən də yan keçmədi. Hazırda xəstəxanada müalicə alır. Allah aktyorumuza şəfa versin. Çünki Arif müəllim Azərbaycan mədəniyyətinin ən dəyərli simasıdır.
Sonda unutmadan Xalq artisti Ağadadaş Ağayevi də yad etmək istərdim. O, da səhhəti ilə bağlı problem yaşayır. Allah ona da kömək olsun. Tanrı yaxşı sənətkarlarımızı qorusun. Hamısına can sağlığı versin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB