Məşhurlar Baloğlan Əşrəfovun məzarını ziyarət edib VİDEO

Məşhurlar Baloğlan Əşrəfovun məzarını ziyarət edib VİDEO

Bir neçə gün bundan öncə koronavirusdan dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun məzarını tanınmışlar ziyarət ediblər. SİA-nın məlumatına görə, həmin məşhurlar arasında Əməkdar artist Rühəngiz Allahverdiyeva, müğənnilər Nazənin, Eldar Ələkbərov, meyxanaçı Samirə yer alıb.

Bu haqda Nazənin xəbər verib. Belə ki, o, sosial media hesabında mərhumun məzarından görüntülər yayımlayaraq göz yaşı töküb. O, paylaşımına bu sözləri də əlavə edib: "Dəyərli sənətkarımızın məzarını ziyarət etdik. Daha bir qardaşımı itirdim. Baloğlan Əşrəfovun ölümünə hələ də inana bilmirəm, şokdayam. Özümə gələ bilmirəm. Baloğlan müəllimin yeri görünür. Vəfasız dünya... Allah sənə rəhmət eləsin".

Qeyd edək ki, Əməkdar artist Baloğlan Əşrəfov Masallının Bədəlan kəndində torpağa tapşırılıb.

https://www.instagram.com/p/COQs3MthIVk/?utm_source=ig_web_copy_link

https://www.instagram.com/p/COQa3ikBXB2/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə