Xəbər verdiyimiz kimi, Azərbaycanın xalq artisti, cənab \"qızıl şlyager\" Faiq Ağayev "Bal kimi" adlı mahnısına klip çəkdirib. Əsl keyfiyyət göstəricisi olan F.A-nın sonuncu klipi televiziya ekranlarında sözün əsl mənasında canlanma yaradıb. SİA məhz buna görə qısa bir zamanda tamaşaçı rəğbəti qazanan klipin fotosessiyasını təqdim edir. Bir anlıq elə də uzaq olmayan keçmişə qayıdaraq, çəkilən şəkillərlə müğənninin pərəstişkarlarını sevindirmək istədik.
Qrafik üslubda hazırlanan klip sənətçiyə hədiyyə olunub. Klipdə süjet xətti yoxdur. Burada maraqlı və dinamik rəqslər yer alıb.
Xatırladaq ki, mahnının sözləri və musiqisi tanınmış tele-aparıcı, şoumen və bəstəkar Murad Arifə məxsusdur. Təhmasib Məmmədovun ideyası və baş operatorluğu ilə ekranlaşdırılan klipin rejissoru isə İlham Yaşaroğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB