Şəbnəmdən Vəfaya şillə kimi cavab: "Keçmişini unutma"

Şəbnəmdən Vəfaya şillə kimi cavab: "Keçmişini unutma"

İş adamı Famil Xəlilovla (Veyis Xəlilov) müğənnilər Vəfa Şərifova ilə yanaşı Şəbnəm Əsədovanın (Tovuzlu) da adı hallanır. SİA-nın məlumatına görə, Vəfa Şəbnəm haqqında xoşagəlməz açıqlamalar verib.

Onun bu sözləri cavabsız qalmayıb. Tovuzlu onun ünvanına sərt sözlər yağdırıb: "Adım xoşagəlməz insanlarla birgə çəkilir. İnanın ki, bu adlarla yanaşı mənim adım olmamalıdır.

Bir müğənni qadında açıqlama verir ki, qız övladım və ailəm var. Mənim də qızım var. Amma bu haqda çox danışmaq istəmirəm. Öz abrıma və illərlə bu yerə çatdığıma görə susuram. Elə bilmə ki, sənə görə danışmıram. Amma 2008-2009-cu illərini unutma. Ətrafındakılar səni yaxşı tanımır. Amma səni məndən yaxşı tanıyan olmaz. Allah müğənni Tacir Şahmalıoğlundan razı olsun.

Xüsusi ilə qeyd edim ki, mən hər zaman dostluğu, insanlığı, yaxşılığı bilən biriyəm”.

Nəzərinizə çatdıraq ki, Vəfa Şərifova Şəbnəm Tovuzlu haqqında bu sözləri dilə gətirmişdi: “Mən efirə çıxan gündən demişəm ki, 6 ildir ki, ailəliyəm. Bir qız övladım da var. Bu sözləri də deməyimə səbəb o olub ki, məclislərə gedəndə bilsinlər ki, ailəli xanımı dəvət ediblər. Yəni mənim məqsədim bəziləri kimi əlimi, ayağımı, hədiyyələrimi göstərib kiməsə acıq vermək olmayıb. Bu hərəkətləri heç vaxt etməmişəm. Çünki şəxsi həyatımla gündəmə gələn sənətçi deyiləm.

Onu da qeyd edim ki, bu gün mətbuatda xəbərlər dərc olunub ki, həmkarımla eyni kişinin sevgilisi, arvadı olmuşuq. İkimizin də şəklini yanaşı qoymusunuz. Bu nəyə lazımdır?

Həyat yoldaşım haqda deyə bilərəm ki, bir kişinin həyatında çox qadın ola bilər. Mən ərimin keçmişinə cavabdeh ola bilmərəm. Nə də onu qınmaq kimi fikrim var. Hər xanımın həyat yoldaşının keçmişində kimlərsə olub. Ərimin həyatında 3-5 aylıq qiyməti bəlli olan xanımlar ola bilər”.

Qeyd edək ki, iddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur.
Bir neçə il əvvəl V. Şərifovayla Şəbnəm Tovuzlunun münasibəti məhz iş adamına görə gərginləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə