Vəfadan Şəbnəmə: "Ərimin həyatında 3-5 aylıq qiyməti bəlli olan xanımlar ola bilər" VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində “Park Kolizey” MTK rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) da adı hallanır.

İş adamının Azərbaycanın tanınmış xanım müğənniləri ilə tez-tez adı çəkilir. Müğənni Şəbnəm Tovuzlu bir neçə il əvvəl iş adamı ilə sevgili olduğunu, hətta vətəndaş nikahında yaşadığını da mətbuata açıqlayıb. Şəbnəm daha sonra Familin sevgilisi yox, rəsmi və dini nikahlı əri olduğunu iddia etmişdi. Onların birgə şəkilləri də mediada yayımlanmışdı.

Daha sonra F. Xəlilovun gənc müğənni Vəfa Şərifova ilə də sevgili olması barədə məlumatlar dərc olunub. İddia olunur ki, Vəfanın bir neçə il əvvəl dünyaya gələn övladının atası da Famil Xəlilovdur.

SİA-nın məlumatına görə, məsələdə adı hallanan müğənnilərdən biri Vəfa Şərifova açıqlama verib: “Mən efirə çıxan gündən demişəm ki, 6 ildir ki, ailəliyəm. Bir qız övladım da var. Bu sözləri də deməyimə səbəb o olub ki, məclislərə gedəndə bilsinlər ki, ailəli xanımı dəvət ediblər. Yəni mənim məqsədim bəziləri kimi əlimi, ayağımı, hədiyyələrimi göstərib kiməsə acıq vermək olmayıb. Bu hərəkətləri heç vaxt etməmişəm. Çünki şəxsi həyatımla gündəmə gələn sənətçi deyiləm.

Onu da qeyd edim ki, bu gün mətbuatda xəbərlər dərc olunub ki, həmkarımla eyni kişinin sevgilisi, arvadı olmuşuq. İkimizin də şəklini yanaşı qoymusunuz. Bu nəyə lazımdır?

Həyat yoldaşım haqda deyə bilərəm ki, bir kişinin həyatında çox qadın ola bilər. Mən ərimin keçmişinə cavabdeh ola bilmərəm. Nə də onu qınmaq kimi fikrim var. Hər xanımın həyat yoldaşının keçmişində kimlərsə olub. Ərimin həyatında 3-5 aylıq qiyməti bəlli olan xanımlar ola bilər. Axı bu mənim günahım deyil. Hər dəfə məni ərimlə vurmaq nəyə lazımdır? Əsas odur ki, qadının keçmişi təmiz olsun.

Mən bir qız övladı böyüdürəm. Balama görə o qədər problemlərdən keçimişəm. Yəni mənə bu problemləri niyə yenidən yaşadırsınız? Qızımın gələcəyini lazımsız xəbərlərlə niyə korlayırsınız? Əlinizə nə keçəcək?”

https://www.instagram.com/tv/COQSKRqI5z8/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə