Azərbaycanlı müğənni: "Ayağımı bir neçə yerdən kəsiblər, gəzə bilmirəm" ÖZƏL

Azərbaycanlı müğənni: "Ayağımı bir neçə yerdən kəsiblər, gəzə bilmirəm" ÖZƏL

Müğənni Sevda Əliqızı əməliyyat olunub. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: “Bir həftə bundan öncə ayağımdan əməliyyat olunmuşam. Amma 9 ay bundan öncə də ayağıma görə cərrahiyyə masasına uzanmalı olmuşdum. Yəni artıq bu, mənim ikinci əməliyyatımdır. Onu da qeyd edim ki, bir müddət öncə ayağımdan sümük kəsilmişdi. Onu da həkimlər düzgün kəsməmişdilər. O da mənə ağrılar verirdi, gəzə bilmirdim.

Hazırda o qədər də yaxşı deyiləm. Ayağımı bir neçə yerdən kəsiblər. Həmin yaraların tikişləri hələ sökülməyib. Tikişlər söküləndən sonra normal yeriməliyəm.

Hazırda evdəyəm. Bir azdan həkimə gedəcəm”.

Qeyd edək ki, sənətçi podaqradan əziyyət çəkir. Həkimlər sənətçiyə hündürdaban geyinməyə qadağa qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə