Azərbaycanlı aktyor dələduzların qurbanı oldu

Azərbaycanlı aktyor dələduzların qurbanı oldu

Aktyor Taleh Yüzbəyovun başına iş gəlib. SİA-nın məlumatına görə, aktyor dələduzların qurbanı olub. Bu haqda Talehin özü xəbər verib: “Sosial şəbəkələrdə kimsə adımdan səhifə açıb, yarışlar keçirir. 50 min manat da pul mükafatı verir. Sizdən xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin insanı şəxsən tanıyan varsa, ona xəbərdarlıq edin ki, belə şey olmaz. Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil. Söyüş sahibi olmasın”.

Bütün xəbərlər Facebook səhifəmizdə