Namiq Qaraçuxurlu: "Məni bu xalq qəhrəmanlaşdırdı, göylərə qaldırdı"
Xəbər verdiyimiz kimi, uzun müddətdir yaradıcılığına fasilə verən meyxanaçı Namiq Qaraçuxurlu səhnəyə qayıtmaq qərarına gəlib. SİA-nın məlumatına görə, o, buna görə Şəhidlər Xiyabanına gedərək şəhidlərimizdən halallıq istəyib.
Onun bu addımı sevənləri tərəfindən xoş qarşılanıb. Sosial şəbəkədə izləyicilər meyxanaçının ünvanına xoş sözlər yazıblar.
Bu haqda ifaçının özü bəhs edib:"Son müraciətimə yazılan şərhləri oxuyarkən kövrəlməmək, dolmamaq mümkünsüzdür. Siz mənə nəinki izn verdiniz, həm də anlada bilməyəcəyim qədər müsbət hisslər yaşatdınız. Neçə gündür düşünürəm, həqiqətən də söz tapa bilmirəm ki, hisslərimi izah edim. Yəqin zaman-zaman müsahibələrimdə izah edə biləcəm. Əslində, mən heç bir şey etməmişəm. Sadəcə, xalqla eyni düşünmüşəm. Bunun müqabilində məni bu xalq qəhrəmanlaşdırdı, göylərə qaldırdı. Bir daha sübut olundu ki, bir-birimizə dəyər verən xalqıq. Allah sizdən razı olsun. Sizə sonsuz təşəkkür edirəm. Qarşınızda baş əyirəm. Çox sağ olun".
Qeyd edək ki, N.Qaraçuxurlu müharibə ərəfəsində və ondan sonra yaradıcılığına ara verdiyini açıqlamışdı. O, bu addımı şəhidlərə, qazilərə görə atdığını söyləmişdi.
https://www.instagram.com/p/CN62Jlvj0gr/?utm_source=ig_web_copy_link
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB