Xatirə: "Ərimi ağzıüstə yerə yıxdım, dayanmadan kürəyinə vurmağa başladım" VİDEO
Həyat yoldaşı Fəxrəddinlə koronavirusa yoluxan müğənni Xatirə İslam xəstəxanadan evə buraxılıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birinə canlı qoşularaq danışıb: "2 ildən sonra insanlar məni efirdə gördü.
Bildiyiniz kimi, ərim Fəxrəddinlə COVİD-19 yoluxmuşduq. Artıq xəstəxanadan evə buraxılmışıq. Həkimlərin sayəsində hər ikimiz yaxşıyıq. Mən koronavirusa yoluxanda ağır keçirmədim. Amma Fəxrəddin pis halda idi. Çünki özünü evdə müalicə edirdi. Ona görə çox narahat idim. Fəxrəddin də özünü evdə səhv müalicə etdiyinə görə halı daha da pişləşdi. Mən də bilirəm ki, ərimin ürəyində problem var. Mən də onu ağzıüstə yerə yıxdım. Dayanmadan kürəyinə vurmağa başladım ki, ürəyinə görə səhhəti daha da pisləşməsin (gülür). Təcili Tibbi Yardım gələnə kimi həyat yoldaşıma ilkin yardım göstərməyə çalışdım".
Daha sonra canlı efirə ifaçının əri Fəxrəddin qoşulub və səhhəti barədə söz açıb: "Allaha şükürlər olsun ki, hazırda özümü yaxşı hiss edirəm. Amma hələ işə getmirəm. Çünki hələ xəstəliyimizin 14 günü tamam olmayıb, karantindəyik. Amma bu xəstəliyə yoluxandan sonra həyatımda hər şey dəyişdi. Elə bil ki, həyat yenidən başlayıb".
Verilişdən olan görüntüləri təqdim edirik:
https://www.instagram.com/tv/CONvK8YhmC-/?utm_source=ig_web_copy_link
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB