Efirdə Zaurla meyxanaçı arasında mübahisə düşdü VİDEO

Efirdə Zaurla meyxanaçı arasında mübahisə düşdü VİDEO

Aparıcı Zaur Kamalın proqramında mübahisə yaşanıb. SİA-nın məlumatına görə, aparıcı verilişə qatılan meyxanaçı Yaşar Qafanlıya "Neçə dostun mənə deyib ki, onu efirə çıxart. Bağırmısan ki, Zaurla efirə çıxım. Belə olmaz" sözlərinə əsəbiləşib.

"Lazım olsa, hansı kanalı açarsan məni görərsən. Camaat baxır, belə danışmaq lazım deyil. Pis çıxır. Sənə əlbəttə hörmətim var, efirində olaram. Amma belə demək olmaz. Ortaq dostlarım sənə deyib. 20 ildir ki, sənətdəyəm, camaatda məni tanıyır. Sənin danışığın düz deyil. Əzizlərim, dostlarım baxır, belə danışmaq olmaz. İstəyirsiz durub çıxım gedim. Sənin verilişin mənə lazım deyil" deyən, meyxanaçı studiyanı tərk edib.
Proqramın əməmkdaşları onu yenidən studiyaya qaytarıblar. Həmin an meyxanaçı və aparıcının mikrofonları bağlanıb.

Verilişdən olan görüntüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə