Xəstəxanalıq olan Arif Quliyevin hazırda vəziyyəti necədir? AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev koronavirus xəstəliyindən əziyyət çəkir. SİA xəstəxanalıq olan aktyorun son durumunu öyrənmək üçün oğlu Rövşən Quliyevlə əlaqə saxladı.
Əməkdaşımıza açıqlama verən Rövşən atasının vəziyyətinin hələ də ağır olaraq qaldığını bildirib: "Arif müəllimin müalicəsi davam edir. Hələ ki, səhhətində bir dəyişiklik yoxdur.
Hazırda özüm də atamın müalicə aldığı xəstəxanadayam. Çox danışa bilmirəm".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB