Əməkdar artist koronavirusdan ölən həmkarından yazdı: "Heç vaxt kimsəyə əyilmədi" FOTO+VİDEO
Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, muğam ifaçısı Sərdar Əvəzoğlu vəfat edib. SİA-nın məlumatına görə, mərhumun həmkarı İlkin Əhmədov onunla bağlı xatirələrini sosial şəbəkədə bölüşüb və görüntülərini yayıb: "Səni hər zaman "əmim" deyə çağırırdım. Əmi, Allah səni bir başqa yaratmışdı, heyif... Sərdar müəllimin ömrü əzab-əziyyətlə keçib. Amma o, heç vaxt kimsəyə əyilmədi. Həyatını alnı açıq yaşadı. Sərdar Əvəzoğlu, məkanın cənnət, ruhun şad olsun.
Heç həyata inamım qalmadı. Əziz dostlar, bundan sonra bu qısa və qəfil bizi yola sala biləcək fani dünyada bir-birimizi sevək".
Qeyd edək ki, S.Əvəzoğlu koronavirusa yoluxub. Müalicə almağına baxmayaraq həkimlər ifaçını xilas edə bilməyiblər.
https://www.instagram.com/p/COK9H5GlkQ8/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB