"Mənə pandemiyanın heç bir mənfi təsiri olmayıb" ÖZƏL

"Mənə pandemiyanın heç bir mənfi təsiri olmayıb" ÖZƏL

Rejissor Nail Naiboğlu pandemiyadan söz açıb. SİA-ya açıqlama verən rejissor koronavirus xəstəliyinin onun maddi gəlirinə heç bir təsir etmədiyini bildirib: "Koronavirus xəstəliyi başlayandan maddi durumumda dəyişiklik olmayıb. Yəni pul baxımından əziyyət çəkmirəm. Allaha şükürlər olsun ki, mənə pandemiyanın heç bir mənfi təsiri olmayıb. Mən də pul baxımından hər şey yaxşıdır.

Toylar olmasa da, müğənnilərimiz klip çəkdirir. İşlərim ard-arda olur. Mən də maddi gəlir əldə edirəm".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə