Nadir Qafarzadə: "Sıra məndə, çox yorulmuşam, yaşamağın mənası yoxdur" FOTO
Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişib. SİA-nın məlumatına görə, onun ölümündən müğənni Nadir Qafarzadə çox sarsılıb. İfaçı sosial şəbəkədə hər kəsi şoka salacaq sözlər yazıb: "Bu da son...Ömürün harada bitəcəyini heç kim bilmir. Baloğlan müəllim, Allah sizə rəhmət eləsin. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu. "Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək" səni də apardı, tufanlar, sənətkar. Nədənsə heç inanmaq istəmirəm. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndə, çox yorulmuşam. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB