Müğənni Manaf Ağayev gecə saatlarında dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovun ölümündən öncə onunla olan söhbətindən danışıb. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birinə telefonla canlı bağlanaraq bəhs edib: "Baloğlan müəllimin ölümündən əvvəl tez-tez telefonla danışırdım. Ona deyirdim ki, gəlim səni xəstəxanaya aparım. Orada müalicə olun. Amma o, mənimlə razılaşmırdı. Əməkdar artistin xəstəxanadan xoşu gəlmirdi. İynədən qorxurdu.
Amma mən də bilirdim ki, mərhumun səhhətində problemlər var. Belə ki, illər öncə Türkiyədə əməliyyat olunub. Eyni zamanda, şəkərli diabet xəstəliyindən əziyyət çəkir.
Amma neynəmək olar. Artıq xalqın sevimli sənətkarı aramızda yoxdur. Allah rəhmət eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB