Arif Quliyevin qızı: "Atamın ölüm xəbəri yalandır" FOTO

Arif Quliyevin qızı: "Atamın ölüm xəbəri yalandır" FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub və xəstəxanada müalicə alır. SİA-nın məlumatına görə, bu haqda aktyorun qızı Günel verilişlərin birinə canlı bağlantı ilə qoşulub və atası haqda bu sözləri dilə gətirib: "Atamın dünən gecə ölüm xəbəri yayılıb, yalandır. Hazırda Arif Quliyevin vəziyyəti ağırdır. Süni tənəffüs aparatına qoşulub. Həkimlər əlindən gələni edirlər. Amma buna baxmayaq özünü yaxşı hiss etmir. Vəziyyəti kritik olaraq qalır.

Artıq 5 gündür ki, koronavirus infeksiyasına yoluxub. Amma dünən xəstəxanaya aparmışıq.

Hazırda atam üçün yalnız Allaha dua edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə