Baloğlan Əşrəfov dəfn edildi AÇIQLAMA

Baloğlan Əşrəfov dəfn edildi AÇIQLAMA

Gecə saatlarında dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfov artıq dəfn olunub. SİA-ya bu haqda Əməkdar artist Yusif Mustafayev açıqlama verib: "Baloğlan müəllimi Masallının Bədəlan kəndində dəfn etdik. Hazırda özüm də burdayam. Gecə saatlarında bura gətirildi. Polislərin müşayiəti ilə Bədəlan kəndinə gətirildi və burada torpağa tapşırıldı. İnsanlar ara məsafəsi ilə dəfn mərasimində iştirak etdi.

Baloğlan Əşrəfov evin tək oğlu idi. Özünün vəsiyyəti ilə ata-anasının yanında torpağa tapşırıldı".

Qeyd edək ki, B.Əşrəfov koronavirus infeksiyasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə