İzzət Bağırov "incə bel" xanımla bir araya gəldi AÇIQLAMA

İzzət Bağırov "incə bel" xanımla bir araya gəldi AÇIQLAMA

Müğənni İzzət Bağırov yaradıcılığında yenilik edib. SİA-ya bu haqda açıqlama verən sənətçi yeni klip çəkdirdiyini bildirib: "Bir zamanlar məşhur olan "Ay qız sən oyna" mahnısını yeni aranjemanda ifa etdim. Həmin bəstəyə klip də çəkdirdim. Ekran işində məndən başqa rəqqasə xanım da yer alıb.

Klipi pavilyon şəraitində rejissoru Nail Naiboğlu lentə aldı. Sözügedən məkanda ekran işi çəkməyimizə səbəb klipin türk formatında olmasıdır.

"Ay qız sən oyna" adlı mahnıma çəkdirdiyim ekran işi aprel ayının 30-da tamaşaçıların ixtiyarına veriləcək".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə