Müğənni Nazənin bir zamanlar dostluq etdiyi həmkarı Manaf Ağayevlə küsmələrinin səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində qonaq olarkən danışıb. Nazənin bildirib ki, müğənni Əflatun Qubadovun İkinci Vətən müharibəsində iştirak edən oğlunun fotosunu "İnstagram" hesabında yayımlayıb. Bu isə Manafla onun arasında qalmaqala səbəb olub. Nazənin M.Ağayevin onunla danışmadığını söyləyib: "Bunu paylaşmağımı heç kim mənə tapşırmayıb. Düzgün deyil. Manafın da oğlu müharibəyə getsin, onun da şəklini sosial media səhifəmdə yayımlayacam. İkisinin də xətrini çox istəyirəm. Manafı ətrafda kimlərsə qızışdırır. Özüm Əflatunun oğlunu paylaşdım, sonra dedi ki, sil və sildim. Kimisə aldatmaram. Dünya dağılsa da, etmərəm. Manafı dünya qədər istəyirəm. Boş-boş söhbətlərdir. Hələ ki, Manaf qaza gəlir, dəmə gedir. Əflatunla qardaşdılar. Ona dost, qardaş deyir. Qardaşının övladının şəklini paylaşmışam, burada nə var?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB