Ölüm xəbəri yayılan Aynişan: "Kimlərinsə uydurmasıdır" ÖZƏL

Ölüm xəbəri yayılan Aynişan: "Kimlərinsə uydurmasıdır" ÖZƏL

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb.

SİA-ya Aynişanın özü ilə hazırda səhhətinin necə olmasını bilmək üçün bağlı telefon əlaqəsi saxladı. O, əməkdaşımıza hazırda yaxşı olduğunu bildirib: "Hazırda çox yaxşıyam. Qidadan zəhərlənmişdim. Həkimə müraciət etmədim. Ev şəraitində müalicə olundum. İndi özümü yaxşı hiss edirəm".

Quliyeva arıq qalmasının sirrini də açıqlayıb: "Çoxları elə bilir ki, pəhriz saxlayıram. Əsla belə deyil. Sadəcə olaraq sağlam qidalanıram".

Bloger son günlər ölüm xəbərinin yayılması xəbərinə də münasibət bildirib: "Allaha şükürlər olsun ki, ayaq üstəyəm. Mənə heç nə olmayıb. Ölüm xəbərimi yaymaq kimlərinsə uydurmasıdır. Qara piyardır".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə