Mətanət Əsədova: "Övladım ola bilərdi"

Müğənni Mətanət Əsədova şəxsi həyatından bəhs edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Övladım olardı, mənim səhvim oldu. Çünki halallıqla istəyirəm. Mən xanımam xoşbəxt olmağa haqqım var. Mən bir evin xanımı olmalıyam. Mən elə belə həyat keçirmək istəmirəm. Kimsə mənim həyatımı yaşaya bilməz. Çox çətindir. Kimsə kiməsə qarğış etsə ki, tək qalasan, çox pis şeydir. Bir gün bizimkilər bizdən gedəndə dedilər "Biz gedirik yenə tək qalacaqsan. Elə bil biz ölürük". Dedim mən hər gün ölürəm.

Maddi durum olsa gözəl layihələr etmək olar. Maddiyyat yoxdu deyə heç nə etmək olmur. Güclə yaşayıram. Çatdıra bilmirəm. Kiməsə də deyə bilmərəm ki, kömək elə. Borclarım da var. Amma çox deyil. Əgər ölsəm məzar daşıma yazarlar ki, dincəlməyə getdi. Mənə sual verin ki, bu otuz ildə bir gün istirahət etmisiz? Mən bir gün Azərbaycandan kənara istirahət üçün getməmişəm. Mənə heç kim məcbur etməyib ki, kiməsə kömək et. Öz qeyrətim, vicdanım imkan verməyib. İndi hamı özü üçün yaşayır. Həmişə az qazanıb çox xərcləmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə