Bu iştirakçını "Survivor"dan uzaqlaşdırdılar FOTO

Türkiyənin baxımlı verilişi olan "Survivor 2021" yarışmasını daha bir iştirakçı tərk edib. SİA-nın məlumatına görə, “Məşhurlar” və “Könüllülər komandasını bir yerə toplayan layihə rəhbəri Acun İlıcalı adadan gedəcək iştirakçının adını açıqlayıb. O, səhhəti ilə bağlı yaranan problemə görə “Məşhurlar” komandasının üzvü Çağrı Atakanın yarışmadan uzaqlaşdırıldığını bildirib:

“Survivor”da iştirakçıların səhhəti ilə bağlı yaranan problemlərlə tez-tez qarşılaşırıq. Bu da öz növbəsində yarışlarda aktiv iştiraka mane olur. Çox yaxşı yarışan iştirakçılarımızı bu səbəbdən itirdik. Semih, Nagihan, Turabi və başqaları... Həkimlərin sözlərinə görə, Çağrı yarışdakı iştirakına davam edərsə, səhhətindəki problem qalıcı ola bilər. Buna görə də, o, layihəni tərk etməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə