Rəqsanə həmkarlarını susdurdu: "Oturun yerinizdə"

Rəqsanə həmkarlarını susdurdu: "Oturun yerinizdə"

Müğənni Rəqsanə İsmayılova açıqlamasına görə onu tənqid edənlərə cavab verib. SİA-nın məlumatına görə, ifaçı onlara sərt cavab verib: "Bəsdirin, dincəlin. Yaxşı mövzu verdim, tema tutublar. O ki qaldı mən nəyi necə və harada danışmaq və demək lazımdır bilirəm. Hamı ağıllı olub, mənə ağıl verən çıxıb. Hamı çıxıb deyir ki, mən deyiləm. Bunu deməyə nə ehtiyac var? Sən deyilsən, lap yaxşı, otur yerində. Söhbətin kimlərdən getdiyini özləri də yaxşı bilirlər.

Hər birimizin həyatında səhvi olub, mənim də olub. Deyirəm ki, daha olmasın, ayıbdır, daha nə deyirəm ki... İnşallah, yəqin gedib qayıdarlar, deport olunmazlar".

Qeyd edək ki, Rəqsanənin dediyi "Toydan sonra evinizə gedin. Kişilərlə məclislərdə oturmayın" sözləri qalmaqala səbəb olub. Rusiya toylarına gedən ifaçıların əksəriyyəti məsələ ilə bağlı açıqlama verərək, Rəqsanəni tənqid ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə