Namiq Şəhidlər Xiyabanına gedib onlardan halallıq istədi VİDEO

Namiq Şəhidlər Xiyabanına gedib onlardan halallıq istədi VİDEO

Uzun müddətdir yaradıcılığına fasilə verən meyxanaçı Namiq Qaraçuxurlu səhnəyə qayıtmaq qərarına gəlib. SİA-nın məlumatına görə, bu haqda sənətçinin özü məlumat verib: "Uzun zamandır bütün işlərimi dondurmuşdum. Gəldim Şəhidlər Xiyabanına, onların ruhu ilə söhbətləşdim, dərtləşdim. Şəhidlərimizdən halallıq istədim. Buradan şəhid ailələrinə, millətimizə müraciət edirəm: izin verirsinizsə, mən də toparlanmaq istəyirəm. Allah millətimizə səbr versin, gücümüz tükənməz olsun".

Qeyd edək ki, N.Qaraçuxurlu müharibə ərəfəsində və ondan sonra yaradıcılığına ara verdiyini açıqlamışdı. O, bu addımı şəhidlərə, qazilərə görə atdığını söyləyib.

https://www.instagram.com/p/CN62Jlvj0gr/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə