Zaurun verilişi bu kadrlara görə bağlandı, ATV cərimələndi VİDEO

Zaurun verilişi bu kadrlara görə bağlandı, ATV cərimələndi VİDEO

Milli Televiziya və Radio Şurasının iclasında "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb. Proqramda yer alan bəzi kadrlara görə verilişin yayımı bir gün dayandırılıb və ATV kanalı cərimələnib.

SİA-nın məlumatına görə, həmin kadrlar bir neçə gün əvvəl Bərdə rayonunda qonşular arasında yaşanan xoşagəlməz hadisə ilə bağlı olub. Göyçay rayon sakini, 1981-ci il təvəllüdlü qadın qonşusu 10 yaşlı uşağın onun 2 yaşlı qızına qarşı seksual hərəkətlər etdiyini gördüyünü deyib. Bundan sonra qadın oğlanı döyüb. Ardınca uşağın cinsi orqanının bir hissəsini kəsərək həyətə atıb.

Oğlanın anası "Bizimləsən" proqramına gələrək hadisəni törədən qonşusunun azadlıqda olmasından gileylənib. Proqrama daha sonra hadisəni törədən Aidə Əzizova gəlib. O, hadisəni necə törətməsindən danışıb.

Qeyd edək ki, sözügedən kadrlar proqramın yayımının bir gün dayandırılmasına və "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunmasına səbəb olub. Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunub və müvafiq rayon məhkəməsinə göndərilib.

https://www.instagram.com/tv/CN4wtg8jTW_/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə